14 iyul tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 1-ci dəfə hakimiyyətə gəlməsi ilə əlagədar "Azərbaycan tarixinin Heydər Əliyev dövrü" adlı tədbir keçirilib.
Rezonans.az xəbər verir ki, mərkəzin kollektivi öncə Ümumilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.
Daha sonra mərkəzin ekspozisiya zalında davam etdirilən tədbirdə mərkəzin bələdçisi Mahirə Kərimova iştirakçılara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verib.
Tədbirdə çıxış edən mərkəzin baş fond mühafizi Kəmalə Qasımova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bəxtiyar Vəliyev, GİKM-in Qəbələ nümayəndəliyinin əməkdaşı Nərmin Cabbarlı bildiriblər ki, Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və dünyagörüşü sayəsində yeni Azərbaycanın bugünkü gerçəkliklərini yaradıb.
Tədbirdə Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan" adlı sənədli film izlənilib.











