Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstandan olan həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.
Rezonans.az xəbər verir ki, nazirlər Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsinin axtarış-xilasetmə işləri ilə bağlı məlumat mübadiləsi aparıb.
Gürcüstanın Xarici İşlər Naziri türk həmkarına başsağlığı verib.









