Cinayətdə şübhəli bilinən 31 nəfər saxlanıldı

img

Noyabrın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Rezonans.az verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 213, o cümlədən borclu şəxs qismində axtarışda olan 194 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Xəbəri paylaş: