Şənbə günü Almaniyada kansler Fridrix Merzin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Rezonans.az xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Stefan Kornelius jurnalistlərə iclasda Ukraynadakı vəziyyətin müzakirə olunduğunu deyib.
"Bu gün Milli Təhlükəsizlik Şurası Federal Kanslerin sədrliyi ilə iclas keçirib. Qurum Ukraynaya qarşı müharibə ilə bağlı mövcud hadisələri müzakirə edib. Kansler Milli Təhlükəsizlik Şurasının üzvlərinə Avropa və beynəlxalq tərəfdaşlarla apardığı müzakirələr barədə məlumat verib", - bəyanatda bildirilir.









