Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizm prinsipidir

img
Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsü Azərbaycan dövlətçiliyinin dayanıqlı inkişafını təmin edən hüquqi-siyasi ənənələrin məntiqi davamıdır. Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası ilə mümkün olmuş, onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Məhz bu möhkəm konstitusion əsas üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və çağırışlara uyğun şəkildə davam etdirilir. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunması xalqımızın ən böyük tarixi qələbəsidir.  Humanizm və mərhəmət ənə­nələrinə sadiqlik müasir Azərbaycanda həmişə mövcud olub, indi daha bəşəri bir səviyyədədir. Belə bir dövlətin siyasi konturları cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini də əhatələyir. Dövlət cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafında əsl vətəndaş məsuliyyəti ilə iştirak edəcəklərinə inanır. Buna görə də Azər­bycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il dekabrın 15-də amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Prezident İlham Əliyev  tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya Aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin bəşəriliyinin, dövlət başçısının humanizminin, insansevərliyinin, azərbaycançılığının təsdiqidir. Ölkəmizin demokratik və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır.   İnsanların konstitusion hüquqlarından istifadə etmələrinə lazımi şərait yaradılıb. On minlərlə vətəndaşa şamil edilən əfv fərmanları, Amnistiya Aktları beynəlxalq birlik tərəfindən də dövlətimizin demokratik inkişaf yolunda atdığı addım kimi dəyərləndirilir.

Emin Feyzizadə   

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: