İlham Əliyevin prezidentlik dövrü Ümummilli Lider Heydər Əliyevin siyasi varislik xəttinin uğurla davam etdirilməsi ilə səciyyələnir. Bu kurs daxili sabitliyi təhdid edə biləcək bütün riskləri – istər xarici təzyiqlər, istərsə də daxili parçalanma cəhdləri olsun – neytrallaşdırmağa nail olmuşdur. 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində xalqın mütləq dəstəyi bir daha təsdiqlədi ki, Azərbaycandakı siyasi sabitlik süni xarakter daşımır, xalqın öz liderinə olan inamına söykənir. Prezident İlham Əliyevin iqtisadi siyasəti rasional və uzunmüddətli strateji yanaşmaya əsaslanır. Neft gəlirlərinin səmərəli idarə olunması və qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsas istiqamətlərini təşkil edir. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul edilmiş və ardıcıl şəkildə icra olunmuşdur. Prezident İlham Əliyevin dövlətçilik fəaliyyətinin ən mühüm mərhələsi Qarabağ məsələsinin həlli ilə bağlıdır. Hər bir azərbaycanlı vətəndaşın daxilində 30 illik bir nisgil var idi – Qarabağ dərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətinin ən möhtəşəm hissələrindən biri də məhz bu dərdi qələbə sevinci ilə əvəzləməsi oldu. O, illərlə səbir göstərdi, ordunu addım-addım hazırladı, beynəlxalq arenada Azərbaycanın haqlı səsini çatdırdı. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın xalqa müraciətləri hər birimizi bir yumruq kimi birləşdirdi. O, təkcə torpaqları azad etmədi, həm də bizim başımızı dik tutmağımızı təmin etdi. Bu gün Şuşada ucalan bayrağımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin milli qürur siyasətinin ən ali nöqtəsidir. Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünənəməxsus yerini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də xalqın həyatında mühüm yer tutan sosial sahələrin inkişafı ilə bağlıdır. Bu məqsədlə son illərdə ölkəmizin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Minlərlə məktəb, yüzlərlə səhiyyə və mədəniyyət müəssisəsi tikilib. Bununla da Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil, səhiyyə və mədəniyyət infrastrukturu yaradılıb. Dövlət başçısı milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafını təmin edib. Onun prezidentliyi dövründə ölkədə yüzlərlə məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









