Tramp Zelenskini sülhə maneə adlandırdı

img

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynadakı döyüşlərə son qoymaqda qətiyyətli olduğunu bildirib.  Eyni zamanda, onun sözlərinə görə, Kiyevin mövqeyi daha az qəti və ehtiyatlı görünür.

Rezonans.az xəbər verir ki, Amerika prezidenti bu barədə jurnalistlərlə söhbətində bildirib.

Ağ Ev rəhbəri jurnalistlərin ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqların hələ də nəticə verməməsi ilə bağlı suallarını cavablandırarkən qısaca olaraq "Zelenski" deyib.  Tramp həmçinin gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda Zelenski ilə şəxsi görüşü də istisna etməyib.

Qeyd edək ki, Tramp bu sözləri ilə Zelenskiyə qarşı yenidən narazı olduğunu ifadə edib. İki lider arasında gərginlik uzun müddətdir mövcuddur, lakin onların münasibətləri Trampın prezidentliyinin ilk ilində yaxşılaşıb.

Xəbəri paylaş: