Zelenski Əbu-Dabidəki növbəti danışıqların tarixini açıqladı

img

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynadakı vəziyyətin həlli üçün Əbu-Dabidə keçiriləcək danışıqların yeni tarixlərini açıqlayıb.

Rezonans.az xəbər verir ki,  bu barədə V.Zelenski "Telegram" kanalında yazıb.

"Danışıqlar qrupumuz bu yaxınlarda məlumat verdi. Növbəti üçtərəfli görüşlərin tarixləri müəyyən edilib: 4 və 5 fevral tarixlərində Əbu-Dabidə", - deyə o bildirib.

Onun sözlərinə görə, "Ukrayna əsaslı müzakirələrə hazırdır və nəticənin bizi münaqişənin real və ləyaqətli şəkildə sona çatmasına yaxınlaşdıracağına əmin olmaqda maraqlıdır".

Xəbəri paylaş: