Qaxda yol-nəqliyyat hadisəsi baş verib.
Rezonans.az-ın məlumatına görə, qəza Qax–Zaqatala avtomobil yolunun Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mitsubishi” və “Nissan” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində “Mitsubishi” avtomobilində olan sərnişin — 1961-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Rafiq Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.









