"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri 0,82% artaraq 1 barelə görə 67,88 ABŞ dolları təşkil edib.
Rezonans.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,03% artaraq 63,86 ABŞ dollarına bərabər olub.










