Türkiyədə İran PUA-sının qalıqları tapıldı

img

Türkiyənin Ordu vilayətinin Ünye bölgəsində ötən gün səhər saatlarında dəniz kənarında naməlum cisim aşkar edilib.

Rezonans.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, mütəxəssislərin apardığı araşdırmalar nəticəsində həmin cismin İran istehsalı olan kamikadze pilotsuz uçuş aparatı (PUA) olduğu müəyyənləşib.

Qeyd olunub ki, vətəndaşlar dəniz kənarında şübhəli cisim görərək dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Xəbərdarlıqdan sonra əraziyə polis, jandarm və sahil mühafizə qrupları gəlib.

Detallı araşdırma üçün bölgəyə ekspertlər cəlb edilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: