Yeni Konstitusiyanın mətni dərc edildi

img

Qazaxıstan Respublikasında vətəndaşların tanış olması üçün yeni Konstitusiyanın yekun layihəsi dərc edilib.

Rezonans.az Qazaxıstan KİV-lərinə istinadla verdiyi məlumata görə, sənədə əsasən, yeni Konstitusiyanın respublika referendumu yolu ilə qəbul edilməsi təklif olunur və təsdiqlənəcəyi təqdirdə, cari ilin iyulun 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-də yeni Konstitusiya ilə bağlı respublika referendumu keçirilməsi haqqında Fərman imzalayıb.

Respublika referendumunun hazırlanması və keçirilməsi Mərkəzi Referendum Komissiyasının funksiyalarını yerinə yetirən ölkənin Mərkəzi Seçki Komissiyasına, habelə ərazi və məntəqə seçki komissiyalarına həvalə olunub.

Xəbəri paylaş: