Mülki şəxsləri qoruyun - Aİ-dən İranla bağlı çağırış

img

Avropa İttifaqı bütün tərəfləri ABŞ və İsrailin İrana hücumlarından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda beynəlxalq hüquqa hörmət etməyə, təmkinli olmağa və mülki şəxsləri qorumağa çağırıb.

Rezonans.az xəbər verir ki, bu barədə Aİ xarici işlər naziri Kaja Kallasın bütün Aİ ölkələri adından verdiyi açıqlamada bildirilib. "Biz maksimum təmkinli olmağa, mülki şəxslərin qorunmasına və BMT Nizamnaməsinin prinsipləri və beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüquqa tam hörmət etməyə çağırırıq", - deyə bəyanatda bildirilir.

Xəbəri paylaş: