Xəzər rayonunda yerləşən istixanaların birindən elektrik naqillərinin oğurlanması faktı aşkarlanıb.
DİN-in Mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Həmidli müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun oğurluq etdiyi istixanada çalışdığı məlum olub.










