Ağdamda mina partlayıb, yaralanan var

img

Ağdamda mina hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Rezonans.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Yüsifcanlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, həmin kənd sakini 1985-ci il təvəllüdlü Abbasov Ceyhun Firdovsi oğlu minaya düşərək xəsarət alıb.

Hadisə ilə bağlı dərhal ANAMA əməkdaşları əraziyə cəlb olunub. Hazırda zərərçəkmiş şəxsin təhlükəli zonadan çıxarılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: