Bakı-Bodrum reysi gecikir

img

"Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-023 nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.

 

Bu barədə Rezonans.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən  məlumat verilib. 

 

Bildirilib ki, sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər. 

 

Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.

Xəbəri paylaş: