İsrail SEPAH rəsmilərini bir-bir tapıb öldürəcək.
Rezonans.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Katz bildirib.
O, SEPAH rəsmilərinin bir-bir izlənilib, aradan götürüləcəyini vurğulayıb: “Biz İranda müharibənin hədəflərinə tam nail olmaq üçün bütün qüvvəmizlə fəaliyyətə davam edəcəyik”.










