İrana məxsus kasetli döyüş başlığı olan raketdən atılan sursat Tel-Əviv ərazisindəki yaşayış kompleksindəki binalardan birinə dəyib.
Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə gecə saatlarında baş verib. Qeyd olunur ki, bəzi israilli nümayəndəliklər bu yaşayış kompleksində yerləşir.
Nəşr bildirir ki, "Hadisə nəticəsində heç kim xəsarət almayıb".









