17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxacaq.
Rezonans.az xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşacaq.
Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Malta (1:1) və Litva millisi ilə (0:0) heç-heçə edib. Yığma hazırda 2 xalla 4 komanda arasında 3-cü yerdədir. Xalı olmayan Malta isə sonuncudur.










