İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiqləyib.
Rezonans.az xəbər verir ki, bu barədə TASS İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.
"Kontr-admiral Əlirza Təngsiri ölümcül xəsarətlər alıb", - SEPAH-ın bəyanatında deyilir.
Qeyd edək ki, martın 26-da İsrailin müdafiə naziri İsrael Kats və Pentaqonun rəhbəri Pit Heqset Təngsirinin öldürüldüyünü bildirmişdi.









