Türkiyə və Suriya kəşfiyyatı suriyalı zabitlərin ölümünə səbəb olan Öndər Sigirçioğlunu yaxalayıblar.
Rezonans.az xəbər verir ki, səs-küylü qaçışdan 12 il sonra Sigirçioğlu Ankaraya gətirilib. Fərari Suriya-Livan sərhədində saxlanılıb.
Sigirçioğlu 2011-ci ildə üsyançıların iki əsas komandirini - Hüseyn Harmuş və Mustafa Kasumu Əsəd rejiminə təslim etməklə “məşhurlaşmışdı”. Hər iki zabit sonradan Suriya zindanlarında işgəncə ilə öldürülmüşdü. 2014-cü ildə Sigirçioğlu olduqca şübhəli şəraitdə Türkiyə həbsxanasından qaçmağı bacarmış və o vaxtdan beynəlxalq axtarışda idi.









