İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a verilən məlumata görə, reyd zamanı keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, onlarla maarifləndirici söhbətlər aparılıb.
Polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər saxlanılaraq barələrində inzibati tənbeh tədbiri görülüb.










