Zakir Quliyev riskli ərazilərlə bağlı tapşırıq verdi

img
Müşavirədə İdarə Heyətinin sədr müavinləri, müşavirlər, şöbə və yerli istismar idarələrinin rəhbərləri iştirak etmişlər.
 
Rezonans.az xəbər verir ki müşavirə zamanı mövcud hidrometeoroloji vəziyyət, sel və daşqınların yaratdığı fəsadlar və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər müzakirə olunmuşdur. Eyni zamanda 2026-cı ilin I rübü ərzində həyata keçirilmiş işlər və əldə olunan nəticələr təhlil edilmiş, qarşıdakı dövr üzrə prioritet istiqamətlər müəyyənləşdirilmişdir.
 
Həmçinin növbəti aylarda maliyyə vəsaitlərindən səmərəli istifadənin təmin olunması, su itkilərinin minimuma endirilməsi və suvarma mövsümündə əkin sahələrinin suvarılmasının dayanıqlı şəkildə təşkili məsələləri diqqət mərkəzində saxlanılmışdır.
İstehlakçılara verilən içməli suyun dayanıqlı və keyfiyyətli təmin olunması əsas prioritetlərdən biri kimi vurğulanmışdır.Yerli istismar idarələrinin rəhbərləri tərəfindən görülən işlər, mövcud problemlər və onların həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, geniş fikir mübadiləsi aparılmışdır.
 
Sonda İdarə Heyətinin sədri tədbirə yekun vuraraq riskli ərazilərdə qabaqlayıcı tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd etmiş və aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Xəbəri paylaş: