Gürcüstanda 24 yaşlı azərbaycanlı qızın meyiti tapıldı

img

Marneuli bələdiyyəsinin Yuxarı Saral kənd sakini, 24 yaşlı Aysun Quliyevanın meyiti tapılıb. 

Rezonans.az Gürcüstan mediasına istinadən xəbər verir ki, onun meyiti hamamda asılmış vəziyyətdə aşkarlanıb.

Yaxınlarının sözlərinə görə, Aysun Quliyeva ilə ölümündən əvvəl danışıblar və onun nə danışığında, nə də hərəkətlərində heç bir qeyri-adi hal hiss etməyiblər. Hadisədən sonra gecə saat 2 radələrində ailə üzvlərinə zəng edilərək qızlarının hamamda asılı vəziyyətdə olduğu barədə məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə istintaq aparılır.

Xəbəri paylaş: