Bu ölkə Rusiya KİV-lərinə girişi blokladı

img

Türkmənistanda Rusiya KİV-lərinə və VPN-ə giriş məhdudlaşdırılıb.

 

Rezonans.az xarici KİV-lərə istinadən xəbər verir ki, iyulun 15-dən Aşqabadda VPN xidmətləri işləməyib, InoSMI, RİA Novosti, RBC, TASS və Rusiya federal telekanallarının saytlarına giriş bloklanıb.

 

Yerli jurnalistlərin sözlərinə görə, bir neçə gün əvvəl saytlara daxil olmaq mümkün idisə, indi bunu hətta mobil əlavələr vasitəsilə də etmək mümkün deyil.

Xəbəri paylaş: