Kəlbəcərdə qadın meyiti tapılıb.
Rezonans.az-ın məlumatına görə, Yevlax rayon sakini - 1983-cü il təvəllüdlü C.Fərzəliyevanın işlədiyi şirkətlərin birindən meyiti aşkarlanıb. Məlumata görə, qadın şirkətdə aşpaz işləyirmiş. Onun ürəktutmasından vəfat etdiyi bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.









