Rusiya rəsmiləri PUA-lara baxmaq üçün İrana səfər edib

img

Rusiya rəsmiləri bu yaxınlarda İranın istehsal etdiyi pilotsuz uçuş aparatlarını (PUA) nəzərdən keçirmək üçün Tehrana səfər edib.

 

Rezonans.az xəbər verir ki, bu iddianı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan səsləndirib.

 

Sallivan Rusiya nümayəndələrinin nəzərdən keçirdiyi PUA-ların peykdən görüntülərini yayımlayıb. Nümayəndələr iki dəfə, iyunun 8-də və iyulun 5-də İrana səfər edib.

 

Bundan əvvəl Sallivan İranın Rusiyaya raketlər daşıyan PUA-lar verməyə hazırlaşdığını bildirib.

Xəbəri paylaş: