İsrail və Livan yenidən razılaşdılar

img

Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlardan sonra İsrail və Livan "Hizbullah"ın hücumları tamamilə dayandırması şərti ilə atəşkəsi qorumaq barədə razılığa gəliblər.

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb. 

"ABŞ-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində İsrail və Livan atəşkəs barədə razılığa gəliblər. Bu atəşkəs "Hizbullah" tərəfindən tam atəşkəs elan edilməsindən və bütün "Hizbullah" döyüşçülərinin Litani çayının cənubundakı ərazidən təxliyə edilməsindən asılıdır", - deyə açıqlamada qeyd olunub.  

Qeyd olunur ki, tərəflər həmçinin nəzarətin tamamilə Livan silahlı qüvvələri tərəfindən həyata keçiriləcəyi eksperimental zonalar yaratmaq barədə razılığa gəliblər.

Xəbəri paylaş: