ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının Ciddə şəhərində Birləşmiş Ərəb Əmirliklərinin lideri Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Rezonans.az xəbər verir ki, bu barədə BƏƏ-nin rəsmi WAM xəbər agentliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında strateji əlaqələrin inkişaf etdirilməsi yolları, müxtəlif sahələrdə əməkdaşlıq və inkişaf imkanları müzakirə edilib.
Bundan əlavə, ABŞ və BƏƏ-ni narahat edən və birgə koordinasiya tələb edən regional və qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.










