Livanda serb sülhməramlı öldü - Yaralananlar var

img

Livanda BMT-nin sülhməramlı missiyasının UNIFIL tərkibində xidmət edən serb əsgəri atılan atəş nəticəsində həlak olub; daha iki sülhməramlı yaralanıb.

Rezonans.az xəbər verir ki, bu barədə UNIFIL məlumat yayıb. 

"Livandakı BMT sülhməramlı missiyasının üzvü, Serbiya vətəndaşı ölkənin cənubundakı Marjayun yaxınlığındakı mövqedə minaatan hücumu nəticəsində aldığı yaralardan ölüb.

Hücum nəticəsində onun digər iki həmkarı, ispan sülhməramlıları yaralanıb. Onlar beynəlxalq missiyanın bazasında müalicə alırlar", - məlumatda qeyd olunub. 

UNIFIL hadisə ilə bağlı araşdırma başladıldığını açıqlayıb. 

Xəbəri paylaş: