Qaribaşvili: Azərbaycan-Ermənistan görüşlərinə ev sahibliyi etməyə sadiqik

img

"Tbilisidə baş tutan Azərbaycan-Ermənistan dialoqunu alqışlayıram".

 

Rezonans.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili rəsmi tvitter hesabında yazıb.

 

"Gürcüstan regionumuzda sülh və sabitliyə töhfə verən dialoq formatında öz müsbət rolunu oynamağa, gələcək görüşlərə ev sahibliyi etməyə sadiq qalır. Xalqlarımızın firavanlığı üçün sülh mütləq vacibdir" - deyə, Qaribaşvili paylaşımında qeyd edib.

Xəbəri paylaş: