"Georgian Airways" təyyarəsi Tibilisidə təcili eniş edib.
Rezonans.az xəbər verir ki, təyyarə Gürcüstan paytaxtından qalxdıqdan sonra kabin təzyiqi aşağı düşüb. Oksigen maskaları bütün sərnişinlərin başlarının üzərindəki xüsusi panellərdən avtomatik olaraq düşüb və təyyarə şiddətlə silkələnib.
Sərnişinlər xəsarət almayıb. Təyyarə Tibilisiyə qayıdıb və təhlükəsiz şəkildə yerə enib.









