İsrail müntəzəm olaraq İran ərazisini vurur.
Rezonans.az İran "Telegram" kanallarına istinadən xəbər verir ki, səhər saatlarından etibarən Tehran, Təbriz, Urmiya və Kərəc şəhərlərində partlayış səsləri eşidilib.
Məlumata görə, Təbrizdə saat 04:40 radələrində Montazeri məhəlləsində yerləşən SEPAH-ın hərbi bazası istiqamətindən güclü partlayış səsi eşidilib.
Urmiyada isə sakinlər bir neçə partlayış səsi və bəzi ərazilərdə binaların titrəməsi barədə məlumat veriblər.
Bundan əlavə, Mahşəhrdə yerləşən “Karun” neft-kimya şirkətinin İsrailin hava hücumuna məruz qalıb, nəticədə müəssisənin bir hissəsinin zədələnib.









