Macarıstan parlament üzvləri maaşlarını 40% azaldıblar

img

Macarıstan parlamentinin üzvləri maaşlarını 40% azaldıb və bəzi maliyyə yardımlarından imtina ediblər.

Rezonans.az xəbər verir ki, bu  barədə Macarıstanın "Telex" nəşri məlumat yayıb. 

Bundan əlavə, parlament üzvləri əlavə gəlir mənbələrini azaldıblar. Mobil telefon və benzin xərclərinin ödənilməsini ləğv ediblər. Səyahət xərclərini otel xərclərini 31%, ofis kirayəsi xərclərini 52% və köməkçilərin maaşlarını 30% azaldıblar.

Hakim Tisza partiyası müvafiq qanun layihəsini hazırlayaraq yekdilliklə qəbul edib. 

Xəbəri paylaş: