Bu tarixədək İran nefti ilə bağlı əməliyyatlara icazə verildi

img

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran nefti, neft-kimya məhsulları və neft məhsulları ilə bağlı müəyyən əməliyyatlara 21 avqust 2026-cı il tarixinədək icazə verən ümumi lisenziya yayımlayıb.

Rezonans.az xəbər verir ki, qərara əsasən, İran mənşəli xammal və məhsulların istehsalı, satışı, təchizatı və daşınması, həmçinin logistika, sığorta, gəmilərin texniki xidməti və təcili yardım xidmətləri ilə bağlı müəyyən əməliyyatlara icazə verilir.

Lisenziya, həmçinin, bu yüklərin təhlükəsiz daşınması və saxlanılması üçün zəruri hesab edilən bəzi əməliyyatları da əhatə edir.

OFAC tərəfindən yayımlanan sənəddə icazə verilən əməliyyatlar üzrə ödənişlərin ABŞ dolları ilə həyata keçirilə biləcəyi də qeyd olunub.

Xəbəri paylaş: