Soyuducuda beş insan başı tapıldı - Moskvada

img

Moskva tibb mərkəzindəki soyuducuda beş insan başı tapılıb.

Rezonans.az xəbər verir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.

İstintaq Sankt-Peterburqda vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə açılmış cinayət işi çərçivəsində aparılıb. Belə ki, çoxsahəli tibb mərkəzinin ərazisinə baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları plastik torbalarda qablaşdırılmış cəsəd qalıqları aşkar ediblər.

Hadisənin bütün hallarını müəyyən etmək üçün götürülmüş materiallar ekspertizaya göndərilib.

 

Xəbəri paylaş: