Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Rezonans.az xəbər verir ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.









