Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri Tomas Rövekamp ölkədə məcburi hərbi xidmətin yenidən tətbiq olunmasının istisna edilməməli olduğunu deyib.
Rezonans.az xəbər verir ki, o, bu barədə yerli mediaya müsahibəsində danışıb. Rövekamp bildirib ki, Bundesverə hazırkı göstəricilərlə müqayisədə 50 faiz daha çox peşəkar hərbçi və üç dəfədən çox çağırışçı lazımdır.
“Bu hədəfə könüllülük prinsipi ilə çatmaq mümkün olacaq, yoxsa yenidən məcburi hərbi xidmətə qayıtmalıyıq, bu qərarı gələn il verməli olacağıq”, - deyə o bildirib.










