Pakistanda terrorçuların hücumu: 3 əsgər həlak oldu

img

Axşam saatlarında cənub liman şəhəri Karaçidə terrorçuların təhlükəsizlik qüvvələrinin bazasına basqını nəticəsində azı üç əsgər həlak olub. Polisin məlumatına görə, atışmalar zamanı 3 terrorçu öldürülüb.

Rezonans.az Pakistan mediasına istinadən xəbər verir ki, şübhəli bombaçı partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsini binanın girişinə çırpdıqdan sonra böyük partlayış baş verib.

Qısa müddət sonra beş-altı yaraqlıdan ibarət qrup Karaçinin şərq rayonunda hərbiləşdirilmiş “Reyncer” qüvvələrinin təhlükəsizlik bazasına basqın edib.

Polis rəisi Cavid Alam Odho jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, üç əsgərin ölümü təsdiqlənib. O əlavə edib ki, indiyə qədər azı üç terrorçu da öldürülüb.

Xəbəri paylaş: