Avtomobil işıq dirəyinə çırpıldı: Sərxoş piyada xəsarət aldı

img

Bakıda sərxoş piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb.

 

Rezonans.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Heydər Əliyev prospektində “Toyota” maraqlı avtomobil təqribən 50-55 yaşlı kişini vurub. Avtomobil daha sonra idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

 

Naməlum piyada təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun sərxoş olduğu bildirilir ("Report") 

Xəbəri paylaş: