Lukaşenko Si Cinpinlə Pekində görüşdü

img

Çin Prezidenti Si Cinpin və Belarus Prezidenti Aleksandr Lukaşenko Pekindəki Diaoyutay Dövlət Qonaq Evində görüşüblər.

Rezonans.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb. 

"BelTA"nın məlumatına görə, Belarus liderinin Şərqi və Cənub-Şərqi Asiyaya geniş səfərinin ilk dayanacağı Çin olub. Qeyd olunur ki, Asiya ölkələri ilə əməkdaşlıq Belarusun xarici siyasət prioritetlərindən biridir və onun çoxvektorlu siyasətini əks etdirir.

Xəbəri paylaş: