Son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib

img

Azərbaycanda 2020-2025-ci illərdə dövlət satınalmalarının ümumi dəyəri 1,6 dəfə artaraq, 6,6 milyard manatdan 10,8 milyard manata yüksəlib.

Rezonans.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Bakıda keçirilən INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib.

Onun sözlərinə görə, dövlət satınalmalarının həcminin artması ölkədə iqtisadi fəallığın genişlənməsini şərtləndirən əsas amillərdən biridir: "Dövlət satınalmalarının həcminin artması iqtisadi fəallığın genişlənməsinə, yerli müəssisələrin sifariş portfelinin böyüməsinə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Dövlət qurumlarının mal, iş və xidmətlərə tələbatının artması biznes subyektlərinin gəlirlərini yüksəldir, istehsal və xidmət sektorlarında dövriyyəni artırır. Nəticədə özəl sektorun inkişafı sürətlənir və iqtisadi artıma əlavə töhfə verilir".

Xəbəri paylaş: