ABŞ-nin mühəndislik və konsaltinq şirkəti olan AECOM-un nümayəndələri ötən həftə Ermənistana səfər ediblər.
Rezonans.az xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi açıqlayıb.
Qeyd olunub ki, şirkət nümayəndələri Ermənistan hökumət tərəfdaşları ilə birlikdə TRIPP ərazisinə baxış keçiriblər.
AECOM komandası və Ermənistan hökumət tərəfdaşları iqtisadi artımı, əlaqəni və regional inteqrasiyanı dəstəkləyəcək dəmir yolu və digər infrastrukturun inkişafı üçün TRIPP ərazisini araşdırıblar.









