ABŞ İrana qarşı üçüncü hücum dalğasını tamamladı - CENTCOM

img

ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını tamamlayıb və bu, son bir həftə ərzində İslam Respublikasına qarşı üçüncü hücum olub.

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb.

CENTCOM-un açıqlamasına görə, hücum İranın Hörmüz boğazında kommersiya gəmisinə zərbə endirməsi ilə əlaqədar həyata keçirilib.

Məlumata əsasən, ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə İranın təxminən 140 hərbi obyektinə zərbələr endirib.

“ABŞ qüvvələri yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın təxminən 140 hərbi hədəfinə zərbələr endirib. Hədəflər arasında İran raketləri və pilotsuz uçuş aparatlarının saxlanıldığı yerlər, Hərbi Dəniz Qüvvələrinə aid vasitələr, sursat anbarları, kommunikasiya şəbəkələri və sahil müşahidə məntəqələri olub”, - deyə CENTCOM-un paylaşımında qeyd olunub.

Komandanlıq bildirib ki, həftə ərzində həyata keçirilən üç hücum raundu zamanı ABŞ İranda ümumilikdə 300-dən çox hədəfə zərbə endirib.

Xəbəri paylaş: