Güclü leysan Gürcüstanın Telavi şəhərini su altında qoyub - VİDEO

img

Gürcüstanın Telavi şəhəri güclü leysan yağışlarından sonra su altında qalıb. Yerli hakimiyyət orqanları təbii fəlakət nəticəsində şəhərə ciddi ziyan dəydiyini bildiriblər.

Rezonans.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxaraq şəhərin bir neçə küçəsini su basıb. Daşqın yaşayış binalarının birinci mərtəbələrini, aptekləri və mağazaları da su altında qoyub.

Bundan başqa, torpaq sürüşməsi nəticəsində Telavidəki körpülərdən biri dağılıb. Təbii fəlakət səbəbindən şəhərdə qaz və elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

Xəbəri paylaş: