"Dərnəgül" metrosunun yaxınlığında yanğın başladı

img

Bakı şəhərinin Binəqədi rayonunda “Dərnəgül” metrostansiyası yaxınlığında yanğın başlayıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

 

İlkin məlumata əsasən, təkər tullantıları yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Xəbəri paylaş: