Laçında yaşayış evlərinin yaxınlığında yanğın olub

Laçında yaşayış evlərinin yaxınlığında yanğın olub

Laçın şəhərində yaşayış evlərinin yaxınlığındakı kol-kosluq sahədə yanğın baş verib.

Rezonans.az xəbər verir ki, hadisə Qorxmaz Eyvazov küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi həmçinin cəlb olunub. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb və yaxınlıqdakı yaşayış yerləri yanğından mühafizə olunub. Hadisə zamanı 200 kvadratmetrə yaxın sahədə quru ot və kol-kos yanıb.

Xəbəri paylaş: