Mirziyoyev Trampı ölkəsinə dəvət etdi

Mirziyoyev Trampı ölkəsinə dəvət etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

Rezonans.az xəbər verir ki, onlar ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

İki lider əvvəllər əldə edilmiş bütün yüksək səviyyəli razılaşmaların həyata keçirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyib və iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

Donald Tramp Özbəkistan və ABŞ arasında münasibətlərin "misli görünməmiş səviyyəyə" çatdığını qeyd edib. Söhbət zamanı liderlər iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi, regionlararası əlaqələrin genişləndirilməsi və mülki aviasiya, avtomobil istehsalı, mədənçilik, energetika, metallurgiya, rəqəmsal texnologiyalar və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, tərəflər qlobal təhlükəsizliyin təmin edilməsi və münaqişələrin sülh yolu ilə həlli üçün birgə səylərin vacibliyini vurğulayaraq, cari beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığının sonunda Özbəkistan Prezidenti Donald Trampı ölkəyə rəsmi səfərə dəvət edib.

Xəbəri paylaş: