"Brent" markalı neft 92 dolları ötdü

"Brent" markalı neft 92 dolları ötdü

Londonun ICE birjasında oktyabr tədarüklü "Brent" markalı neftin fyuçerslərinin qiyməti 2026-cı il iyulun 30-dan bəri ilk dəfə bir barel üçün 92 dolları ötüb.

Rezonans.az xəbər verir ki, bu barədə hərracların məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 05:50-yə olan məlumata görə, "Brent" neftinin qiyməti 1,13 faiz artaraq bir barel üçün 92,05 dollara çatıb.

Saat 06:08-ə olan məlumata əsasən, Brent neftinin bahalaşma tempi zəifləyərək 0,97 faiz təşkil edib və qiymət bir barel üçün 91,9 dollar olub. Eyni zamanda, sentyabr tədarüklü WTI markalı neftin fyuçersləri 1,46 faiz bahalaşaraq bir barel üçün 84,96 dollara yüksəlib.

Xəbəri paylaş: