Nazir yenə regiondakı xarici qüvvələrdən danışdı

Nazir yenə regiondakı xarici qüvvələrdən danışdı

Bu son müharibə xarici qüvvələrin və xarici bazaların nəinki təhlükəsizliyi təmin etməkdə uğursuz olduğunu, əksinə, təhlükəsizliyi pozan qüvvələrə çevrildiyini göstərdi.

Rezonans.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. 

"ABŞ hərbi bazaları olmayan ölkələr daha az zərər gördü, xarici bazalar isə hətta öz maraqlarını belə hücumlardan qoruya bilmədi.

Məncə, bu müharibə təhlükəsizlik və siyasi məsələlərə regional yanaşmaların, eləcə də İranla birgəyaşayış yolunun dəyişdirilməsində çox təsirli oldu.

Düşünürəm ki, region ölkələri arasında daha dəqiq və düzgün anlaşma yaranıb", - deyə nazir qeyd edib. 

Onun sözlərinə görə, Fars körfəzi bölgəsində təhlükəsizlik mütləq kollektiv təhlükəsizlik olmalıdır.

Xəbəri paylaş: